AZ

Ukrayna F-16-lar üçün hava bazaları əvəzinə yollardan istifadə edir

...F-16 qırıcılarını idarə edən Ukrayna Silahlı Qüvvələrinin pilotları magistral yolların hissələrini uçuş-enmə zolağı kimi istifadə etməyə məcbur olurlar ki, bu da onlar üçün əlavə risklər yaradır. SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə bunu Fransanın keçmiş hərbçisi Ksavye Titelman deyib.

Qeyd edək ki, daha əvvəl “The Wall Street Journal” Ukrayna Silahlı Qüvvələrinin pilotların səhvi səbəbindən ilk F-16-nı itirdiyini yazıb.

Daha sonra bu məlumat Kiyevdə təsdiqləndi, xüsusi komissiya qəzanın səbəblərini araşdırır.

...Ukrayna ordusunun əsgərləri hərbi bazalardan havaya qalxmaq əvəzinə, yolun adətən avtomobil və yük maşınlarının getdiyi bəzi hissələrini asfaltladılar.

Bunu Titelman şərh edib.

Onun sözlərinə görə, bununla əlaqədar Ukraynanın bəzi yollarında artıq mərkəzi ayırıcı zolaq yoxdur. Eyni zamanda, Titelman qeyd edib ki, onlar Ukrayna Silahlı Qüvvələrinin hərbi bazalarından istifadə edə bilməzlər, çünki onların yeri Rusiya Federasiyasına məlumdur.

Əli Babayev

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
136
50
sia.az

10Mənbələr