RU

“Tottenhem”in futbolçusu: Azərbaycan millisi çox yaxşı komandadır - EKSKLÜZİV

“Tottenhem”in

Bakı, 5 sentyabr, AZƏRTAC

“Azərbaycan millisi çox yaxşı komandadır”.

Bu sözləri AZƏRTAC-a açıqlamasında İsveç millisinin futbolçusu Deyan Kulusevski UEFA Millətlər Liqasının C Divizionunda Bakıda Azərbaycan yığmasına 3:1 hesabı ilə qalib gəldikləri oyun barədə danışarkən deyib. Hazırda İngiltərənin “Tottenhem” klubunda çıxış edən vinger milli komandamız haqqında xoş sözlər söyləyib: “Azerbaycan millisini yaxşı oyuna görə təbrik edirəm. Uğurlu futbolçulardan qurulmuş komandadır. Bu matçda çoxlu enerji sərf etdik. Onlar da bizi ilk hissədə sıxdılar. Şükür ki, qələbə qazandıq. Uşaqları təbrik edirəm”. Qeyd edək ki, Azərbaycan millisi sentyabrın 8-də səfərdə Slovakiya seçməsinin qonağı olacaq.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
21
50
azertag.az

10Источники