"Amerika Birləşmiş Ştatlarının federal hökumətinin hərəkətləri onun tiranlığa doğru getdiyini nümayiş etdirir".
Publika.az xəbər verir ki, bu fikri ABŞ Konqresinin Nümayəndələr Palatasının üzvü Marcori Teylor-Grin (Gürcüstandan olan respublikaçı) "X" sosial şəbəkəsində bildirib.
"Birləşmiş Ştatların Federal Hökuməti yeganə hökumətdir ki, Amerika xalqına dünyanın hər hansı digər ölkəsindən daha çox əzab-əziyyət gətirir", - senat üzvü deyib.
Teylor-Grin vurğulayıb ki, "daxildəki düşmən" Amerika xalqını əsarət altına alıb və 35 trilyon dollardan çox milli borcun yaranmasına səbəb olub. Respublikaçı gündəlik sonsuz kütləvi işğalları da xatırladıb. Amerika rəsmisi ABŞ-ın tiranlıq yolunda böyüməyə və güclənməyə davam etdiyini vurğulayıb.