Azərbaycan cüdoçusu Könül Əliyeva (52 kq) Estoniyanın paytaxtı Tallində gənclər arasında Avropa çempionatında qızıl medal qazanıb.
QOL.az xəbər verir ki, o, həlledici görüşdə Zilan Ertemi (Türkiyə) məğlub edib. Bununla da Könül yarışda Azərbaycanın aktivinə ilk medalı yazdırıb.
Nizami İmranov (60 kq) isə finalda Nazar Viskova (Ukrayna) uduzaraq gümüş medala yiyələnib.
Qeyd edək ki, Avropa çempionatı sentyabrın 8-dək davam edəcək.