RU

Sükan arxasında infarkt keçirən sürücü qəzaya səbəb oldu

Avtomobil idarə edərkən infarkt keçirən 45 yaşlı Kadir Çoban qəza keçirib.
 
AZXEBER.COM Türkiyə mediasına istinadən xəbər verir ki, hadisə Türkiyənin Adıyaman bölgəsində baş verib.
 
Belə ki, xəstəxanada təmizlik işçisi işləyən Kadir Çoban avtomobili ilə hərəkətdə olarkən sükanı itirərək işıq dirəyinə çırpılıb. Hadisəni görənlər 112 Təcili Yardım Xidmətinə vəziyyəti xəbər veriblər.
 
Xəbərdarlıq üzərinə bölgəyə sövq edilən təcili yardım qrupları Kadir Çobanı Dövlət Xəstəxanasına aparıblar. Müalicə altına alınan Çobanın infarkt keçirdiyi müəyyən edilib.
 
Çobanın hadisə nəticəsində öldüyü məlum olub. 
 
Oksana
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
132
23
azxeber.com

10Источники