AZ

Türkiyədə motosiklet avtomobillə toqquşub -Uzman çavuş dünyasını dəyişib

Adananın (Türkiyə) Kozan rayonunda motosikletlə avtomobil toqquşub.

“İki sahil”in məlumatına görə, qəzada ağır yaralanan motosiklet sürücüsü Həmzə Yılmazı xilas etmək mümkün olmayıb.

H.Yılmazın Mersinin Erdemli rayonunda mütəxəssis çavuş vəzifəsində çalışdığı və məzuniyyətini keçirmək üçün Kozana gəldiyi bildirilib.

Qəzada ağır yaralanan motosiklet sürücüsü əvvəlcə Kozan Dövlət Xəstəxanasına, ilkin tibbi yardım göstərildikdən sonra Adana Şəhər Təhsil və Araşdırma Xəstəxanasına yerləşdirilib.

Həmzə Yılmaz burada edilən müdaxilələrə baxmayaraq dünyasını dəyişib.

Onun nəşi tibbi ekspertizadan sonra yaxınlarına təhvil verilmək üçün Adana Ədliyyə Tibb Təşkilatı meyitxanasına aparılacağı öyrənilib.

Məhərrəm Ağalaroğlu, “İki sahil”

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
104
23
ikisahil.az

10Mənbələr