RU

Azərbaycana səyahət xəbərdarlığı qəbuledilməzdir - Jan-Lük Reitzer

Fransanın Avropa və Xarici İşlər Nazirliyinin Azərbaycana səyahət xəbərdarlığı ilə bağlı bəyanatı ədalətsiz və təmamilə əsassızdır.

Bakıvaxtı.az xəbər verir ki, bunu ölkənin Milli Assambleyasının sabiq üzvü, fəxri deputat Jan-Lük Reitzer bildirib.

“Mən Fransanın Avropa və Xarici İşlər Nazirliyinin Azərbaycana dair açıqladığı sərt səyahət xəbərdarlığını eşidəndə əvvəlcə bunun bir zarafat olduğunu düşündüm. Fransa tərəfindən verilmiş bu cür əsassız qərar inanılmaz və qəbuledilməzdir. Mən ətrafımda Azərbaycanın adı çəkiləndə bu ölkəyə səyahət etməyi tövsiyə edirəm. Fransa mediasının Azərbaycanını yanlış təqdim etməyə çalışdığını bildirirəm. Təklif edirəm ki, fransalılar özləri Azərbaycana gedib ölkə ilə tanış olsunlar və özləri bu ölkə haqqında fikir yaratsınlar. Heç bir Fransa vətəndaşı Azərbaycanda təhlükədə deyil. Bu çağırış birmənalı şəkildə ədalətsiz və əsassız bir xarakter daşıyır”, - o bildirib.Report

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
72
4
bakivaxti.az

5Источники