RU

"Liverpul" "Çelsi"li vunderkindi ələ keçirdi- RƏSMİ

"Çelsi"nin 16 yaşlı oyunçusu Rio Nqumoha Londonun klubunu "Liverpul"a dəyişib. 

Fanat.Az xəbər verir ki, "qırmızı-qaralar" İngiltərədə ulduz hesab edilməkdə olan yarımmüdafiəçi ilə müqavilə imzaladığını rəsmən açıqlayıb. 

Futbolçu hələ böyüklərin futbolunda debüt etməyib, lakin "Çelsi"nin gənclər akademiyasında, eləcə də 16 yaşa qədər İngiltərə millisində çıxışları sayəsində özündən söz etdirməyi bacarıb. 

Yeri gəlmişkən, bu ilin iyulunda 16 yaşını qeyd edən Rio Nqumoha Nigeriya millisini də təmsil edə bilər. 

"Liverpul" üç turdan sonra Premyer Liqanın turnir cədvəlində "Mançester Siti" ilə 1-2-ci yerləri bölüşür. "Çelsi" isə 4 xalla 11-ci yerdədir.

Mirağa

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
52
fanat.az

1Источники