Azərbaycan və İsveç milli komandaları indiyədək 4 rəsmi qarşılaşmada üz-üzə gəliblər.
Apasport.az-ın məlumatına görə, tərəflər arasında baş tutan matçlardan 3-də İsveç qalib gəlibsə, 1 görüş Azərbaycan millisinin qələbəsi ilə yekunlaşıb.
İsveç Azərbaycanla oyunlarda ümumilikdə 9 qol vurub. Azərbaycan isə 4 görüşdə rəqib qapısından cəmi 3 top keçirib.
Azərbaycan İsveçlə evdə keçirdiyi 2 oyundan 1-ni qələbə, digərini isə məğlubiyyətlə başa çatdırıb. İsveçdə keçirilən matçların hər ikisi skandinaviyalıların qalibiyyəti ilə nəticələnib.
Qeyd edək ki, tərəflər arasında 5-ci matç bu gün, saat 20:00-da Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.
AVRO 2024-ün ən gənc millisi: Türkiyə
"Qarabağ" 9, "Neftçi" 22 pillə gerilədi
Səlahət Ağayevdən yubiley oyunu
Onuncu duel - Statistika
Neymar Pelenin rekordunu qırdı