RU

Zümrüd Bədəlova: "Yenidən ailə qurmaq istəmirəm"

Aparıcı Zümrüd Bədəlova şəxsi həyatı haqqında açıqlaması ilə diqqət çəkib.

Teleqraf.com xəbər verir ki, aparıcı şəbəkə istifadəçisinin "Yenidən ailə qurub ana olmaq istəyərsinizmi" sualına belə cavab verib:

"Deyəsən, ailə qurmaq istəmirəm. Bu tipli suallar verməyiniz mənasızdır. Əslində, bütün qadınların arzusu, xəyalı eynidir. Arzusunda olan xanımları Allah xoşbəxt etsin. Bəzi qadınların o barədə bəxti gətirməyib. Mən də onlardan biriyəm".

"Qızınıza ən önəmli məsləhətiniz nədir" sualına cavabda isə aparıcı deyib: "Qızımla rəfiqəyik. Ona ən böyük məsləhətim təhsillə bağlıdır. Qızımın təhsili mənim üçün çox önəmlidir".


Müəllif: Rəqsanə Həsənova
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
95
1
teleqraf.com

2Источники