RU

Rusiya səfiri: "Aİ-nin Ermənistandakı missiyası kəşfiyyat məlumatları toplamaqla məşğuldur"

Ermənistan-Azərbaycan sərhədində fəaliyyət göstərən Avropa İttifaqı (Aİ) missiyası monitorinq adı altında Rusiya, Azərbaycan və İrana qarşı mübarizə aparmaq üçün kəşfiyyat məlumatları toplayır.

 

Sfera.az TASS-a istinadən xəbər verir ki, bunu Rusiyanın İrəvandakı səfiri Sergey Kopırkin "Müttəfiqlər. KTMT" ictimai-siyasi nəşrinə müsahibəsində deyib.

 

Onun sözlərinə görə, Cənubi Qafqazın taleyini yalnız region ölkələri və qonşu tərəfdaş dövlətlər müəyyən etməlidir.

 

“Kənardan heç kim bizim ümumi evimizə sülh və firavanlıq gətirməyəcək. Uzunmüddətli regional təhlükəsizliyin, sabitliyin və sosial-iqtisadi inkişafın təmin edilməsi vəzifələrindən danışsaq, o zaman kollektiv Qərbin regionun hərbiləşdirilməsi və burada Aİ və NATO-nun hərbi-siyasi təsirinin artırılması planları bu vəzifələrə qətiyyən uyğun gəlmir”, - S.Kopırkin qeyd edib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
95
50
sfera.az

10Источники