AFFA azarkeşlərinə görə “Zirə” klubuna xəbərdarlıq edib.
“İki sahil”in qurumun mətbuat xidmətinə istinadən xəbər verir ki, bu barədə İntizam Komitəsinin növbəti iclasında qərar qəbul olunub.
Buna səbəb Azərbaycan Premyer Liqasının V turunda “Qarabağ”la oyunun 29-cu dəqiqəsində azarkeşlərin ünvanına kütləvi şəkildə təhqiramiz ifadələr səsləndirilməsi olub. Bu hal cari mövsümdə ilk dəfə yaşandığına görə AFFA hələlik xəbərdarlıqla kifayətlənib.
V turun “Sumqayıt” - “Araz Naxçıvan” oyununda 5 futbolçusu sarı vərəqə aldığına görə qonaqlar 700 manat cərimələnib.
“Şamaxı” – “Neftçi” oyunu bitdikdən sonra meydana kənar şəxs daxil olduğuna görə bölgə təmsilçisi 800 manat cərimələnib.
AFFA “Kəpəz” klubunu da 800 manat cərimələyib. Buna V turun “Sabah”la matçı bitdikdən sonra meydançaya kənar şəxsin daxil olması olub.