AZ

AFFA azarkeşlərinə görə “Zirə”yə xəbərdarlıq edib

AFFA azarkeşlərinə görə “Zirə” klubuna xəbərdarlıq edib.

“İki sahil”in qurumun mətbuat xidmətinə istinadən xəbər verir ki, bu barədə İntizam Komitəsinin növbəti iclasında qərar qəbul olunub.

Buna səbəb Azərbaycan Premyer Liqasının V turunda “Qarabağ”la oyunun 29-cu dəqiqəsində azarkeşlərin ünvanına kütləvi şəkildə təhqiramiz ifadələr səsləndirilməsi olub. Bu hal cari mövsümdə ilk dəfə yaşandığına görə AFFA hələlik xəbərdarlıqla kifayətlənib.
V turun “Sumqayıt” - “Araz Naxçıvan” oyununda 5 futbolçusu sarı vərəqə aldığına görə qonaqlar 700 manat cərimələnib.

“Şamaxı” – “Neftçi” oyunu bitdikdən sonra meydana kənar şəxs daxil olduğuna görə bölgə təmsilçisi 800 manat cərimələnib.

AFFA “Kəpəz” klubunu da 800 manat cərimələyib. Buna V turun “Sabah”la matçı bitdikdən sonra meydançaya kənar şəxsin daxil olması olub.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
17
3
ikisahil.az

4Mənbələr