RU

İsrailin Münhendəki Baş Konsulluğuna qarşı TƏXRİBAT

Almaniyanın Münhen şəhərinin mərkəzində İsrailin Baş Konsulluğu qarşısında atəş açılıb, polis xüsusi əməliyyat keçirir.

 

Modern.az TASS-a istinadən xəbər verir ki, atışma baş verən yerdə polis xüsusi təyinatlıları və snayperlər işləyir və bir helikopter də iştirak edir.

 

Qeyd olunub ki, sentyabrın 5-i 1972-ci il Münhen Yay Olimpiya Oyunlarında Fələstin yaraqlılarının Olimpiya kəndinə girərək 2 nəfəri öldürdüyü və İsrail komandasının 9 üzvünü girov götürdüyü terror aktının ildönümüdür.

 

Polis İsrailin Münhendəki Baş Konsulluğunun yaxınlığında şübhəli şəxsi yaralayıb. İsrail Xarici İşlər Nazirliyi Münhendəki Baş Konsulluğunun əməkdaşlarının atışma nəticəsində xəsarət almadığını bildirib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
95
modern.az

1Источники