RU

Ulu Öndərin bütün təklifləri müstəqil Azərbaycan dövlətinin yaranmasına xidmət edirdi- ÖZƏL

"30 sentyabr 1990-cı il tarixində Heydər Əliyev Azərbaycan SSR və Naxçıvan MSSR Ali Sovetinə deputat seçildi. Bu, Ulu Öndərin yenidən Azərbaycanda siyasi fəaliyyətinin başlanğıcı oldu. Məhz Heydər Əliyevin təşəbbüsü ilə 1990-cı il noyabrın 17-də Naxçıvan Ali Soveti üçrəngli bayrağımızın Naxçıvan Muxtar Respublikasının dövlət bayrağı olması barədə qərar qəbul etdi". "Olaylar" xəbər verir ki, bunu Milli Məclisin deputatı Kamilə Əliyeva deyib: "Qərarda Azərbaycanın qanunvericilik orqanına 1918-ci ildə qurulmuş Azərbaycan Xalq Cümhuriyyətinin qəbul etdiyi dövlət rəmzlərinin - bayraq, gerb və himnin Azərbaycanın milli atributları kimi qəbul edilməsi təklif edildi. Həmçinin sessiyada Naxçıvan MSSR-in adından "Sovet" və "Sosialist" sözlərinin çıxarılması barədə qərarın qəbul edilməsi təklifi Heydər Əliyev tərəfindən irəli sürülmüşdür.
Ulu Öndər Heydər Əliyevin irəli sürdüyü bütün təkliflər məhz müstəqil Azərbaycan dövlətinin yaranmasına xidmət edirdi. Naxçıvan Muxtar Respublikası Ali Soveti 1990-cı il 20 yanvar hadisələrinə də siyasi qiymət verdi və bu hadisədə SSRİ rəhbərliyi ilə yanaşı, respublika rəhbərləri Əbdürrəhman Vəzirov və Ayaz Mütəllibovun da günahkar olduqları qeyd edildi".

Alim Hüseynli
Olaylar.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
65
50
olaylar.az

10Источники