AZ

İlham Əliyevin İtaliyada söylədiyi fikirlər böyük əhəmiyyət daşıyır- ÖZƏL

"Cənab Prezidentimiz İlham Əliyevin İtaliyada keçirilən  Beynəlxalq Çernobbio Forumunda "Yeni geosiyasi şəraitdə Azərbaycanın rolu" adlı sessiyada etdiyi çıxışında dediyi fikirlər təkcə Azərbaycan və region deyil,  beynəlxalq siyasət baxımından da böyük əhəmiyyət daşıyır".  Olaylar xəbər verir ki, bunu Milli Məclisin deputatı Musa Qasımlı deyib: "Dövlət başçımız bildirdi ki, Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini bərpa etməsi təkcə Qafqazda deyil, daha geniş coğrafiyada  başlıca dəyişiklik olmuşdur. Bu, Azərbaycanın işğalçı Ermənistan və onun havadarları üzərində qazandığı zəfərin əhəmiyyətinin miqyasını və dünyaya nəhəng təsirini göstərir.
     Azərbaycanın beynəlxalq birlik tərəfindən tanınmış ərazilərinin 30 il ərzində Ermənistanın işğalı altında qalması BMT və ATƏT-in fəaliyyətinin qara səhifələrindən biri idi. Azərbaycan həmin qara səhifəni cırıb atdı, ərazilərini azad etdi, müvafiq qətnamələri özü yerinə yetirdi  və dünyada bu vəziyyətdə olan ölkələrə nümunə göstərdi".
Alim Hüseynli
Olaylar.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
74
50
olaylar.az

10Mənbələr