RU

Ərəb fondları Qazaxıstan iqtisadiyyatına 7 milyard dollar sərmayə qoymağı planlaşdırır

Müəllif:Ayşən İmanova/Banco.az

Ərəb Koordinasiya Qrupu ilkin mərhələdə Qazaxıstan iqtisadiyyatına təxmin edilən 7 milyard dollar məbləğində uzunmüddətli birbaşa investisiyalar etməyi planlaşdırır.

Banco.az xəbər verir ki, bu barədə Qazaxıstan Respublikası Baş nazirinin saytında yerləşdirilən məlumatda deyilir.

Məlumata görə, Astanada İslam İnkişaf Bankı, Səudiyyə İnkişaf Fondu, OPEC Beynəlxalq İnkişaf Fondu, Küveyt İqtisadi İnkişaf Fondu və Əbu-Dabi İnkişaf Fondu kimi qurumları birləşdirən Ərəb Koordinasiya Qrupunun dəyirmi masa iclası keçirilib.

Bildirilir ki, görüşün yekununda tərəflər dəyirmi masa görüşünün Protokolu, Qazaxıstan Respublikası Hökuməti ilə OPEC Fondu arasında özəl sektorda əməliyyatlar üzrə Çərçivə Sazişi, Su Təsərrüfatı və Suvarma Nazirliyi ilə İslam İnkişaf Bankı arasında danışıqlar Protokolu imzalayıblar.

Ən sərfəli kredit üçün müraciət et

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
84
7
banco.az

10Источники