AZ

Özbəkistan və Qazaxıstan kosmosa peyklərin birgə buraxılışını planlaşdırır

Bakı, TurkicWorld

Özbəkistan və Qazaxıstan məlumatların öyrənilməsi və təhlili məqsədilə süni peyklərin birgə buraxılışını planlaşdırır.

TurkicWorld-in UZ Daily-yə istinadən verdiyi məlumata görə, 2-3 sentyabr 2024-cü il tarixlərində Özbəkistan rəqəmsal texnologiyalar nazirliyinin nümayəndə heyəti Asiya və Sakit Okean üçün İqtisadi və Sosial Komissiya (ESCAP) tərəfindən təşkil olunan "Asiya-Sakit Okean Regionunda Rəqəmsal İnklüzivlik və Transformasiya üzrə Nazirlər Konfransı"nda iştirak etmək üçün Astanada səfərdə olub.

Tədbir çərçivəsində Özbəkistan rəqəmsal texnologiyalar naziri Şerzod Şermatov Qazaxıstanın rəqəmsal inkişaf, innovasiya və aerokosmik sənaye naziri Jaslan Madiyev ilə görüş keçirib.

Tərəflər rəqəmsal bacarıqların hazırlanmasına xüsusi diqqət yetirərək əməkdaşlıq perspektivlərini, rəqəmsal inklüzivlik və transformasiya sahəsində regional əməkdaşlığın vəziyyətini, eləcə də onun gücləndirilməsi imkanlarını müzakirə ediblər.

Bundan əlavə, rəqəmsal innovasiyaların sürətləndirilməsi üçün birgə regional əməkdaşlıq planlarının hazırlanması məsələsinə baxılıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
59
50
turkic.world

10Mənbələr