RU

"Qarabağ"ın Avropa Liqasının Liqa mərhələsi üçün iştirak ərizəsi AÇIQLANDI

"Qarabağ" Avropa Liqasının Liqa mərhələsi üçün iştirak ərizəsini UEFA-ya göndərib.

Apasport.az xəbər verir ki, yeni formatda keçiriləcək turnirin 8 matçı üçün sifariş vərəqində 24 futbolçu yer alıb.

Qapıçılar: 97. Fabiyan Buntiç, 99. Mateuş Koxalski, 12. Sadiq Məmmədzadə;

Müdafiəçilər: 2. Mateus Silva, 13. Bəhlul Mustafazadə, 27. Toral Bayramov, 29. Marko Veşoviç, 30. Abbas Hüseynov, 44. Elvin Cəfərquliyev, 55. Bədavi Hüseynov, 81. Kevin Medina;

Yarımmüdafiəçilər: 6. Julio Romao, 7. Yassin Benzia, 8. Marko Yankoviç, 10. Abdullah Zubir, 15. Leandro Andrade, 20. Riçard Almeyda, 21. Aleksey Kaşuk, 24. Aleksey İsayev, 66. Patrik Andrade;

Hücumçular: 11. Emmanuel Addai, 18. Olavio Juninyo, 22. Musa Qurbanlı, 90. Nəriman Axundzadə.

Qeyd edək ki, ilk qarşılaşmasını sentyabrın 26-da səfərdə keçirəcək ağdamlılar “Tottenhem”lə qarşılaşacaq. Ardınca Qurban Qurbanovun yetirmələri evdə “Malmö” və “Ayaks”la, səfərdə “Bodo Qlimt”lə görüşəcək. "Lion"u qəbul etdikdən sonra “Elfsborq”un qonağı olacaq təmsilçimiz son iki oyununu 2025-ci ildə keçirəcək. “Qarabağ” evdə FCSB, səfərdə “Olimpiakos”la üz-üzə gələcək.

İstanbul derbisinin vaxtı müəyyənləşib

“Tottenhem” – “Qarabağ” matçının bilet qiymətləri açıqlanıb

Lamiyə Vəliyeva: "Medalımı Azərbaycan xalqına həsr edirəm"

"Qarabağ"ın futbolçusu milliyə çağrılıb

II Liqada II turun oyun cədvəli bəlli olub

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
56
40
apasport.az

10Источники