AZ

“Qarabağ”ın Avropa Liqası üçün iştirak ərizəsi: Kaşuk da siyahıdadır

“Qarabağ”ın UEFA Avropa Liqası üçün iştirak ərizəsi müəyyənləşib.

Futbolinfo.az xəbər verir ki, Azərbaycan çempionu Liqa mərhələsində istifadə edəcəyi heyəti UEFA-ya təqdim edib.

Ağdam təmsilçisi yeni transferləri Aleksey Kaşuk və Emmanuel Addaini də sifariş edib.

Qapıçılar: 97. Fabian Buntiç, 99. Mateuş Koxalski, 12. Sadiq Məmmədzadə;

Müdafiəçilər: 2. Mateus Silva, 13. Bəhlul Mustafazadə, 27. Toral Bayramov, 29. Marko Veşoviç, 30. Abbas Hüseynov, 44. Elvin Cəfərquliyev, 55. Bədavi Hüseynov, 81. Kevin Medina;

Yarımmüdafiəçilər: 6. Julio Romao, 7. Yassin Benzia, 8. Marko Yankoviç, 10. Abdullah Zubir, 15. Leandro Andrade, 20. Riçard Almeyda, 21. Aleksey Kaşuk, 24. Aleksey İsayev, 66. Patrik Andrade;

Hücumçular: 11. Emmanuel Addai, 18. Olavio Juninyo, 22. Musa Qurbanlı, 90. Nəriman Axundzadə.

Qeyd edək ki, “Qarabağ” yeni formata əsasən 8 oyun keçirəcək. Ağdamlılar ilk matçında sentyabrın 26-da səfərdə “Tottenhem”lə qarşılaşacaq.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
78
15
futbolinfo.az

10Mənbələr