RU

Aşağı seçki komissiyalarının fəaliyyətindən ümumilikdə razıyam - Məzahir Pənahov

“Bizə irad bildirirlər ki, seçkilər sakit keçib”.

Bunu Mərkəzi Seçki Komissiyasının bu gün keçirilən iclasında MSK sədri Məzahir Pənahov deyib.

“Bizə namizədə çox görüş yeri təyin etməyimiz az qala irad bildirilir. Az qala hər namizəd 10 dəfə seçiciləri ilə görüş keçirib. Mən aşağı seçki komissiyalarının fəaliyyətindən ümumilikdə razıyam. Hansında pozuntu olubsa, biz onları araşdıracağıq. Mətbuat nümayəndələrində də hansısa pozuntu faktı varsa, bizə təqdim etsin”, - MSK sədri bildirib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
63
9
herbiand.az

10Источники