AZ

MSK sədri aşağı seçki komissiyalarının fəaliyyətindən razı olduğunu bildirib

Bizə irad bildirirlər ki, seçkilər sakit keçib.

Olaylar xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının bu gün keçirilən iclasında MSK sədri Məzahir Pənahov deyib.

"Bizə namizədə çox görüş yeri təyin etməyimiz az qala irad bildirilir. Az qala hər namizəd 10 dəfə seçiciləriylə görüş keçirib. Biz desəydik 16,13 namizəd üçün seçicilərlə görüşə cəmi 1 ünvan var. Onda onu bizə irad bildirəcəkdilər. Mən aşağı seçki komissiyalarının fəaliyyətindən ümumilikdə razıyam. Hansında pozuntu olubsa, biz onları araşdıracağıq. Mətbuat nümayəndələrində də hansısa pozuntu faktı varsa, bizə təqdim etsin", - MSK sədri bildirib.

Qeyd edək ki, sentyabrın 1-də Azərbaycanda növbədənkənar parlament seçkiləri keçirilib. Seçkiləri müşahidə etmək üçün 112 min 749 yerli müşahidəçi qeydə alınıb. Onlardan 65 mindən çoxu siyasi partiyaların nümayəndələridir. Qeydə alınmış beynəlxalq müşahidəçilərin sayı 598 nəfər olub ki, onlar 51 Təşkilatı, 69 ölkəni təmsil edib. Parlament seçkilərində qeydə alınan 990 namizəddən 305-i 25 siyasi partiyanın nümayəndəsidir. 371 nəfər siyasi partiyaların üzvü olmasına baxmayaraq, partiyalar tərəfindən namizəd olaraq irəli sürülməyiblər. Ümumilikdə 676 namizədin siyasi partiya mənsubiyyəti var.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
60
9
olaylar.az

10Mənbələr