RU

Amerikalılar Putinin “məğlubedilməz” adlandırdığı Rusiyanın gizli silahını ortaya çıxardı...

Image

Putinin “məğlubedilməz” kimi təsvir etdiyi Rusiyanın gizli silahı üzə çıxıb. Peyk görüntülərini araşdıran iki ABŞ tədqiqatçısı Rusiyanın ən strateji silahlarından biri sayılan 9M730 Burevestnik-in yerini müəyyənləşdirib.

Media yazır ki, iki amerikalı tədqiqatçı iyulun 26-da “Planet Labs” peyk şirkəti tərəfindən çəkilmiş şəkillər əsasında Rusiyanın məxfi silahının yerini tapıb. Qeyd edilir ki, 9M730 “Burevestnik” raketi Moskvadan 475 km şimalda yerləşən bir obyektə bitişik tikinti bölgəsində yerləşdirilib.

Analitik Deker Evelet peyk görüntülərində tikilməkdə olan doqquz üfüqi buraxılış meydançasının müşahidə edildiyini bildirib.

Eveletə görə, buraxılış rampaları üç qrupda yüksək zalların içərisində yerləşir. Beləliklə, həm hücumlara qarşı qalxan yaradır, həm də birində baş verə biləcək partlayışın digərlərindəki raketləri partlatmasının qarşısını alır. Analitik həmçinin, Rusiyanın hazırda üzərində işlədiyi yeganə böyük raket sisteminin "Skyfall" olduğunu iddia edib.

Rusiya Müdafiə Nazirliyi və Vaşinqtondakı səfirlik Eveletin iddiasına və raketin yaratdığı risqlərə dair KİV-in sorğusuna cavab verməyib. Məsələyə ABŞ Dövlət Departamenti, Mərkəzi Kəşfiyyat İdarəsi, Milli Kəşfiyyat İdarəsi və ABŞ Hərbi Hava Qüvvələri Milli Hava və Kosmik Kəşfiyyat Mərkəzi də şərh verməkdən imtina edib.

Nüvə enerjisi ilə işləyə bilən və nüvə başlığı daşıyan qitələrarası qanadlı raket 9M730 Burevestnik rusların ən strateji silahlarından biri hesab olunur. Raket NATO tərəfindən SSC-X-9 Skyfall adlanır.

TAHİR





Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
75
baki-xeber.com

1Источники