RU

Messi milli karyerasını bitirən futbolçuya təşəkkür etdi

“İnter Mayami”nin və Argentina millisinin hücumçusu Lionel Messi komanda yoldaşı Luis Suaresin Uruqvay yığmasındakı karyerasını bitirmək qərarına münasibət bildirib. Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, o, bunu deyib: “Siz unikalsız, həm meydanda, həm də meydandan kənarda! Mən sizə çox təşəkkür edirəm”.Suares sentyabrın 6-da, 2026-cı il dünya çempionatının seçmə mərhələsi çərçivəsində millinin heyətində son oyununu Paraqvay yığmasına qarşı keçirəcək. O, 2007-ci ildən Uruqvay millisində çıxış edir. 37 yaşlı forvard ümumilikdə milli komandanın heyətində 142 oyun keçirib və 69 qol vurub.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
61
komanda.az

1Источники