RU

“Millidə mənə şans verilsə, özümü yaxşı tərəfdən göstərəcəm”

“Milli üçün özümü tam hazır hiss edirəm. Nə vaxt qismət olacaqsa, özümü göstərməyə çalışacam”.

Bu sözləri İdmanxeber.az saytına Albaniyanın “Eqnatiya” klubunda çıxış edən Zamiq Əliyev Azərbaycan millisindən dəvət gözləyib-gözləmədəyi barədə danışarkən deyib. 23 yaşlı müdafiəçi yığmada rəqabətə hazır olduğunu bildirib:

“Mənim mövqeyimdə çox təcrübəli futbolçular var. Bir çoxu ilə komanda yoldaşı olmuşam. Hər birinin ayrı-ayrı xüsusiyyətləri var. Amma rəqabətdən qaçan deyiləm. Futbolçu bu cür inkişaf etməlidir. Özümə inanıram, millidə mənə şans verilsə, özümü yaxşı tərəfdən göstərəcəm”.

Mövsümün əvvəlindən “Eqnatiya”da çıxış edən Əliyev albanların Azərbaycan futbolu barədə xeyli məlumatlı olduqlarını bildirib: 

“Albaniyalı futbolçuların bir neçəsi Azərbaycanda çıxış edir. Burada onların oyunlarını yaxından izləyirlər. “Qarabağ”ı isə deməyə ehtiyac yoxdur, onları bütün dünya tanıyır. Albaniyada da onların oyunları izlənir”.

Həsən Quluzadə

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
73
idmanxeber.az

1Источники