RU

Qəzaya baxmağa toplaşanları maşın vurdu - Yaralılar var

Dünən axşam saatlarında Bakı-Qazax magistral yolunun Tovuzun Alubəyli kəndindən keçən hissəsində yol qəzası baş verib.

Sabah.az xəbər verir ki, saat 20 radələrində F. Tağıyevin idarə etdiyi “Toyota Corolla” və A.Dəmirovun sürdüyü “VAZ” markalı avtomobillər toqquşublar. Nəticədə hər iki sürücü, eləcə də A. Dəmirovun həyat yoldaşı və azyaşlı oğlu müxtəlifdərəcəli xəsarətlər alıblar.

Az sonra isə Qoşqar İsayev idarə etdiyi “VAZ-2107” markalı avtomobillə həmin yerdə qəzaya baxmağa toplaşmış insanları vurub. Nəticədə Tovuz rayon sakinləri Cahan Əliyev, Sənan Mehdiyev və Ramil Həsənov müxtəlifdərəcəli xəsarətlər alıblar. Onlar Tovuz Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
88
49
sabah.az

10Источники