AZ

Güclü külək Xaçmazda fəsadlar törədib, xəsarət alanlar var

Davam edən güclü külək Xaçmaz rayonunda fəsadlar törədib.

İnterpress.az xəbər verir ki, Xaçmaz-Xudat avtomobil yolunun Nərəcan kəndindən keçən hissəsində külək iri gövdəli ağacı kafenin üstünə aşırıb.

Nəticədə birmərtəbəli tikliyə ciddi ziyan dəyib, kafedə olan şəxslər isə xəsarət alıb.

Həmçinin adıçəkilən ərazidə qırılaraq magistral yola düşən ağac parçaları avtomobillərin hərəkətini çətinləşdirib.

Küləkl hava şəraiti səbəbindən Xaçmaz rayonunun bir hissəsinə elektrik enerjisinin verilişi dayanıb.”Report”

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
56
49
interpress.az

10Mənbələr