RU

Çində avtobus şagirdlərin üzərinə çıxıb

Çinin Şandunq əyalətinin şərqindəki Taian şəhərində məktəb yaxınlığında avtobusun iştirakı qəza baş verib.

“İki sahil” “Sinxua” agentliyinə istinadla xəbər verir ki, məlumata görə, 10 uşaq ölüb və ya yaralanıb.

Hadisə çərşənbə axşamı səhər Tai'an şəhərinin Donqpinq qraflığında yerli məktəbin qapısında baş verib.

Bildirilir ki, adi məktəb avtobusu gözlənilmədən yolun kənarı ilə təhsil müəssisəsinə gedən şagirdlərin üzərinə çıxıb.

Agentlik ölən və yaralananların sayı barədə hələlik dəqiq məlumat verməyib.

Hadisənin səbəbləri açıqlanmır.

Məhərrəm Ağalaroğlu, “İki sahil”

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
93
50
ikisahil.az

10Источники