AZ

Türkiyədə sərnişin avtobusu odun dolu yük maşını ilə toqquşub: Çox sayda yaralı var

Türkiyənin Bartın vilayətindən Trabzona hərəkət edən sərnişin avtobusu Zonquldağın Gökçebey rayonunda odun yüklü yük maşını ilə toqquşub. İlkin məlumata görə, qəzada çoxlu sayda yaralı var.

Qaziler.az bildirir ki, Bartından hərəkət edən sərnişin avtobusu Zonquldakın Gökçebey səmtinin Kayadibi məntəqəsində əks istiqamətdən gələn odun yüklü yük maşınına çırpılıb.

İlkin məlumata görə, qəza nəticəsində çoxlu sayda insan xəsarət alıb. Qəzada nəqliyyat vasitələri yararsız hala düşüb, yük maşınında olan odunlar yola səpələnib.

Xəbər üzərinə qəza yerinə çoxlu sağlamlıq və təhlükəsizlik qrupları gəlib. Yaralılar avtomobillərdən çıxarılaraq xəstəxanalara aparılıb.

QAZİLER.AZ

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
99
50
qaziler.az

10Mənbələr