RU

Maduronun təyyarəsinin həbsindən “ilhamlanan” Mask Braziliya liderini HƏDƏLƏDİ

Venesuela prezidenti Nikolas Maduronun təyyarəsinin ABŞ hökuməti tərəfindən  ələ keçirilməsindən sonra “Tesla” və “SpaceX”in rəhbəri amerikalı milyarder İlon Mask Braziliya prezidenti Luiz İnasio Lula da Silvaya da eyni aqibəti vəd edib.

Bizim.Media xəbər verir ki, bu barədə Mask Maduronun təyyarəsinin həbsi ilə bağlı xəbərlərə şərhində qeyd edib.
 

MÖVZU İLƏ BAĞLI:

ABŞ Venesuela prezidentinin təyyarəsini ələ keçirdi - SƏBƏB


“Əgər Braziliya hökuməti “X” sosial şəbəkəsi və SpaceX-in mənimsənilmiş əmlakını qaytarmasa, biz Braziliya hökumətinin aktivlərinə həbs qoyulmasını tələb edəcəyik.

Ümid edirəm ki, Braziliya prezidenti Luiz İnasio Lula da Silva kommersiya məqsədli uçmaqdan həzz alır”, - deyə Mask qeyd edib.

Qeyd edək ki, daha əvvəl Braziliya X-in ölkədəki fəaliyyətini dayandırmaq qərarına gəlib və Starlink hesablarını dondurub.

Bizim.Media

Избранный
104
1
bizim.media

10Источники