Amerikalı sahibkar İlon Mask Telegram messencerinin təsisçisi Pavel Durovun həbsi ilə bağlı Fransa prezidenti Emmanuel Makrona müraciət edib.
Bizim.Media xəbər verir ki, X sosial şəbəkəsində dərc olunan mesajda prezidentin insanlara həbsin səbəblərini izah etməsi istənilib.
“Durovun niyə həbs edildiyi barədə dünya ictimaiyyətinin daha ətraflı məlumat əldə etməsi faydalı olardı”, - deyə Mask yazıb.
Xatırladaq ki, Telegram messencerinin təsisçisi Pavel Durov avqustun 24-də Parisin Le Burje hava limanında saxlanılıb. Yerli mətbuatın məlumatına görə, Fransa vətəndaşlığı da olan iş adamı axtarışda olub.
İddialara görə, o, bir sıra cinayətlərdə, o cümlədən terrorizm, narkotik ticarəti, dələduzluq və çirkli pulların yuyulmasında ittiham olunur.
Bizim.Media
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta