RU

İsrailin Qəzzanın mərkəzi və şimalına təşkil etdiyi hücumlarda 9 fələstinli həlak olub

İsrail ordusunun Qəzza zolağının müxtəlif bölgələrində həyata keçirdiyi hücumlarda 9 fələstinli həyatını itirib.

"Operativ Media" xəbər verir ki, Fələstinin rəsmi xəbər agentliyi WAFA-nın məlumatına görə, İsrail ordusunun Nusayrat Qaçqınlar Düşərgəsinin şimal-qərbində həyata keçirdiyi hücumda biri uşaq olmaqla iki fələstinli həyatını itirib.

Hücumların ünvanları Qəzza zolağının şimalındakı Cibaliya Qaçqınlar Düşərgəsi və Qəzza şəhərinin mərkəzi hissəsindəki Nusayrat Qaçqınlar Düşərgəsi və Qəzza zolağı olub.

İsrailin Cibaliye Qaçqınlar Düşərgəsindəki Əl-Fahura məktəbinin qarşısında toplaşan fələstinliləri hədəf alan hücumunda 5 nəfər həyatını itirib.

İsrail ordusu Qəzza şəhərinin şərqindəki Et-Tuffah rayonunda fələstinli "Əl-Enkah" ailəsinin evini bombalayıb və hücumda 2 nəfər ölüb.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
37
50
operativmedia.az

10Источники