RU

Türkiyə BRİKS-ə qoşulmaq üçün müraciət edib

Türk hakimiyyəti bir neçə ay əvvəl BRİKS-ə qoşulmaq üçün ərizə təqdim edib. Bu barədə Bloomberg öz mənbələrinə istinadən yazıb.
 
"Bloomberg”in məlumatına görə, Türkiyə dünyada nüfuzunu gücləndirməyə çalışır. Bundan əlavə, BRİKS-ə maraq Avropa Birliyinə daxil olmaqda irəliləyişin olmaması və NATO müttəfiqləri ilə fikir ayrılığı ilə şərtlənir.
 
Digər səbəb isə odur ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan hesab edir ki, Qərb geosiyasi mərkəz mövqeyini itirir, ona görə də çoxqütblü dünyanın digər aktorları ilə münasibətləri inkişaf etdirmək lazımdır.

BRİKS-in genişləndirilməsi məsələsi oktyabrın 22-24-də Kazanda keçiriləcək qarşıdakı sammitdə müzakirə oluna bilər.
 
Azərbaycanın BRİKS-ə qoşulmaq üçün rəsmi müraciətinə assosiasiyanın bu ilin oktyabrında Kazanda keçiriləcək sammitində baxıla bilər. 
 
İyulun 11-də Sankt-Peterburqda keçirilən X BRİKS Parlament Forumunun plenar iclasında çıxış edən Milli Məclisin sədri Sahibə Qafarova bildirib ki, Azərbaycan BRİKS-in tamhüquqlu üzvü olmaq istəyir.
 
Avqustun 20-də Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə bildirib ki, respublika BRİKS-ə qoşulmaq üçün rəsmi müraciət edib.
 
Hazırda təşkilatın 10 üzvü var.
 
Gülnar 

www.anews.az
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
222
2
anews.az

10Источники