RU

Qazaxıstanda AES-in inşası üzrə keçiriləcək referendumun tarixi açıqlanıb

Qazaxıstanda

Astana, 2 sentyabr, AZƏRTAC

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Qazaxıstan xalqına müraciətində Atom Elektrik Stansiyasının (AES) inşası ilə bağlı referendumun tarixini açıqlayıb.

AZƏRTAC xəbər verir ki, dövlət başçısı qlobal enerji çatışmazlığının artdığını, etibarlı və ekoloji cəhətdən təmiz enerji mənbələrinə təcili ehtiyac olduğunu qeyd edib.

“Nüvə energetikasının inkişafına ciddi diqqət yetirmək lazımdır. Bu tip energetika nəsli iqtisadiyyatımızın sürətlə artan tələbatını böyük ölçüdə ödəyə bilər. Hazırda 30 inkişaf etmiş və inkişaf etməkdə olan ölkədə 200-ə yaxın atom elektrik stansiyası fəaliyyət göstərir”, -deyə Tokayev bildirib.

Prezident qeyd edib ki, qazax xalqı uzunmüddətli milli maraqları nəzərə almalı və gələcək haqqında düşünməlidir.

Prezident qeyd edib: “Ölkənin həyatı üçün vacib olan hər bir addım xalqın dəstəyi ilə atılmalıdır. Atom elektrik stansiyaları ilə bağlı referenduma münasibətdə də belə olmalıdır. Keçən il onun icrasından danışdım, yəni bu mövzu artıq bir ildir ki, ictimai gündəmdədir. Hesab edirəm ki, bu, vətəndaşların məlumatlı qərar qəbul etməsi üçün yetərli müddətdir. Bu baxımdan hökumətin təklifini dəstəkləyirəm. Bu il oktyabrın 6-da AES-in inşası ilə bağlı ümumxalq səsverməsi keçiriləcək”.

Elşən Rüstəmov

AZƏRTAC-ın xüsusi müxbiri

Astana

 

Избранный
43
2
azertag.az

10Источники