Rusiya ordusunun Ukraynada davam edən müharibə zamanı daha 1300 hərbçisi həlak olub.
Missiya.Az “RBC-Ukrayna”ya istinadən xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb
Bildirilir ki, bununla da Ukraynada həlak olan Rusiya hərbçilərinin sayı 617 min 6 nəfərə çatıb.
Qeyd olunub ki, bundan əlavə Ukrayna Silahlı Qüvvələri Rusiya ordusunun 9 tank, 10 artilleriya sistemi və 26 zirehli döyüş maşınını məhv edib.
Daşqın HəsənovMissiya.Az