AZ

Rusiya ordusunun Ukraynadakı itkiləri 620 mini keçdi

Rusiya ordusunun Ukraynada davam edən müharibə zamanı daha 1390 hərbçisi həlak olub.

Missiya.Az “RBC-Ukrayna”ya istinadən xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.

Bildirilir ki, bununla da Ukraynada həlak olan Rusiya hərbçilərinin sayı 620 min 350 nəfərə çatıb.

Qeyd olunub ki, bundan əlavə Ukrayna Silahlı Qüvvələri Rusiya ordusunun 7 tank, 30 artilleriya sistemi və 27 zirehli döyüş maşınını məhv edib.

Daşqın HəsənovMissiya.Az

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
98
19
missiya.az

10Mənbələr