Növbədənkənar parlament seçkilərinin başlaması ilə əlaqədar seçki məntəqələri hazır vəziyyətə gətirilir.
Bu barədə Publika.az-a Mərkəzi Seçki Komissiyasından məlumat verilib.
Qeyd edilib ki, qanunvericiliyin tələblərinə uyğun olaraq, respublika üzrə 125 seçki dairəsi üzrə ümumilikdə 6 min 478 seçki məntəqəsində son hazırlıq işləri həyata keçirilir.
Parlament seçkiləri üçün seçki məntəqələri saat 8:00-da açılır və səsvermə 19:00-a qədər davam edəcək.