RU

"Qərbi Azərbaycan ziyalılarını Siz də tanıyın” - FİLM

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə Valideyn Himayəsindən Məhrum Olmuş Uşaqlara Dayaq İctimai Birliyi tərəfindən icra edilən “Qərbi Azərbaycan ziyalılarını Siz də tanıyın” adlı layihə hesabat mərhələsinə çatıb. Layihə, Prezident İlham Əliyevin Qərbi Azərbaycana "QAYIDIŞ" konsepsiyasına əsaslanır. Məqsəd, uşaq və yeniyetmələrin Qərbi Azərbaycan ziyalılarının Qərbi Azərbaycan haqqında həqiqətləri onların öz dillərindən öyrənməsidir.

Layihə çərçivəsində 30 dəqiqəlik sənədli film hazırlanmışdır. Filmdə, Qərbi Azərbaycandan olan 6 elm-təhsil, mədəniyyət və digər sahələr üzrə tanınmış ziyalılarla Qərbi Azərbaycan həqiqətləri mövzusunda müsahibələr təqdim edilir. Müsahiblər sırasında Filologiya üzrə elmlər doktoru, professor, ADPU-nun Beynəlxalq əlaqələr üzrə prorektoru Mahirə Hüseynova, Bakı şəhəri Mədəniyyət Baş İdarəsinin rəisi İbrahim Əliyev, Filologiya üzrə elmlər doktoru, professor, ADPU-nun Maqistratura və doktorantura şöbəsinin müdiri İbrahim Bayramov, Müvəkkil Hüquq Mərkəzinin rəhbəri, tədqiqatçı hüquqşünas Səməd Vəkilov, Filologiya üzrə fəlsəfə doktoru, ADPU-nun Filologiya fakültəsinin tədris işləri üzrə dekan müavini, Müasir Azərbaycan dili kafedrasının baş müəllimi Zemfira Abbasova və Tarix üzrə fəlsəfə doktoru, ADPU-nun Qərbi Azərbaycan Araşdırmalar Mərkəzinin rəhbəri Leyla Camalova yer alır. 

Sənədli film, Azərbaycan Dövlət Pedaqoji Universitetinin Qərbi Azərbaycan Araşdırmalar Mərkəzinin mütəxəssisi Möhubbət Səmədoğlu tərəfindən tarixi faktlar əsasında araşdırılmış və sosial şəbəkələr vasitəsilə ictimaiyyətin, o cümlədən uşaq və yeniyetmələrin izləməsinə təqdim edilmişdir. Film, "Qərbi Azərbaycan ziyalıları" adı altında yuotube.com və instagram sosial şəbəkələrində yerləşdirilmişdir.

“Qərbi Azərbaycan ziyalılarını Siz də tanıyın” layihəsi, uşaq və yeniyetmələrin diqqətini cəlb edərək yaddaşlarında unudulmaz iz buraxacaq və Qərbi Azərbaycana QAYIDIŞIMIZDA onların fəallıqları ilə fəxr edəcəyik," - deyə Valideyn Himayəsindən Məhrum Olmuş Uşaqlara Dayaq İctimai Birliyinin sədri Mehriban Hüseynova bildirmişdir.


 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
97
3
qht.az

10Источники