RU

Paris-2024: Azərbaycanın daha 4 idmançısı mübarizəyə qoşulur

Fransanın paytaxtı Parisdə təşkil olunan Yay Paralimpiya Oyunlarında bu gün Azərbaycanın 4 idmançısı mübarizə aparacaq.

"Operativ Media" xəbər verir ki, paraüzgüçü Raman Saley S12 kateqoriyasıda 100 metr məsafəyə arxasıüstə üzməkdə medal qazanmağa çalışacaq. Bu kateqoriyanın təsnifat mərhələsinə 11:30-da, finala isə 19:30-da start veriləcək.

Digər paraüzgüçü Könül Süleymanova S2 kateqoriyasında 50 metr məsafəyə arxasıüstə üzəcək. Bu yarışın təsnifat mərhələsi 13:09-da, finalı isə 21:50-də olacaq.

Parataekvondoçu Əbülfəz Abuzərli (80 kq) K44 kateqoriyasında gücünü göstərəcək. Yarışın təsnifat mərhələsi 12:00-16:30, finalı isə 19:00-23:30-da başlayacaq.

Paraatıcı Aybəniz Babayeva P2 kateqoriyasında 10 metr məsafəyə atəşaçma üzrə mübarizəyə başlayacaq. Bu yarışın təsnifat mərhələsinə 14:00-da, finalına isə 16:45-də start veriləcək.

Qeyd edək ki, paralimpiada sentyabrın 8-də başa çatacaq

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
93
50
operativmedia.az

10Источники