AZ

Daha 4 idmançımız Paralimpiyada mübarizəyə başlayır

Fransanın paytaxtı Parisdə keçirilən Yay Paralimpiya Oyunlarında bu gün daha 4 idmançmız mübarizəyə başlayır. Sport24.az xəbər verir ki, paraüzgüçü Raman Saley 100 metr, Könül Süleymanova isə (hər ikisi S12 kateqoriyası) 50 məsafəyə arxası üstə üzmə yarışında medal qazanmağa çalışacaq.
 
Parataekvondoçu Əbülfəz Abuzərli (K44 kateqoriyası) ilk görüşünü keçirəcək. 80 kiloqram çəki dərəcəsində çıxış edən idmançı mübarizəyə 1/8 finaldan başlayacaq. Paraatıcı Aybəniz Babayeva (P2 kateqoriyası) isə 10 metr məsafəyə atəşaçma yarışında məharətini nümayiş etdirəcək.
 
Qeyd edək ki, Parataekvonduçulardan İmaməddin Xəlilov (K44 kateqoriyası, 70 kiloqram) Paralimpiya çempionu olub, Sabir Zeynalov (K44 kateqoriyası, 58 kiloqram) isə bürünc mükafat qazanıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
88
50
sport24.az

10Mənbələr