Avropa İttifaqının Ukraynaya hərbi yardımı 43,5 milyard avroya çatıb. AFN.az xəbər verir ki, bunu quruma üzv ölkələrin müdafiə nazirlərinin Brüsseldə keçirilən qeyri-rəsmi görüşündən sonra keçirilən mətbuat konfransında Aİ diplomatiyasının rəhbəri Cozef Borrel deyib.Borrel bildirib ki, ümumi hərbi yardım indi 43 milyard avronu keçib: "Bu, 43,5 milyard avrodur. Avropa İttifaqının hərbi və mülki yardımı birlikdə artıq təxminən 100 milyard avro təşkil edir. Aİ ölkələri Ukraynaya hərbi yardımın çatdırılmasını sürətləndirməlidir.Diplomat qeyd edib ki, sentyabr-oktyabr aylarında - mandatının müddəti bitənə qədər Ukraynaya səfər etməyi planlaşdırır.
- Ночной Режим
- Домашняя страница
- Статистика
- Источники
- Рейтинг
- Погода
- Валюта