AZ

Harris Rusiyanın aktivləri hesabına Kiyevə yardımın ayrılmasını ləngidə bilər

ABŞ prezidentliyinə namizəd Kamala Harris Rusiyanın aktivləri hesabına Kiyevə 50 milyard dolların ayrılmasını ləngidə bilər.

“İki sahil” xəbər verir ki, bu barədə “Politico” yazır.

Qeyd olunur ki, bu, siyasətçinin artan populyarlığı ilə bağlıdır. Nəşrin yazdığına görə, razılaşdırılmış uzunmüddətli kredit respublikaçıların ABŞ-ın rəhbəri postuna namizədi Donald Trampın Kiyevə yardımı dayandırmasının qarşısını almalı idi.

“Bütün ideya Ukraynaya yardımı Trampdan qorumaq idi, lakin indi Harrislə bağlı vəziyyət fərqlidir”, - deyə, mənbə qeyd edib.

Materiallarda deyilir ki, indi ABŞ hakimiyyəti bu məsələni o qədər də aktual hesab etmir. Tramp daha əvvəl seçkilərdə qalib gələcəyi təqdirdə “xaricdəki müharibələri” dayandıracağını vəd etmişdi.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
97
17
ikisahil.az

10Mənbələr