RU

Putinlə Zelenski Bakıda görüşə bilər – Mühüm gəlişmə 

Ukrayna Kurskda irəliləməyə davam edir. Rusiya isə Donbas istiqamətində əməliyyatları intensivləşdirir. Rusiyanın Kusrkda əməliyyatlara hazırlaşdığı vaxtda Kiyev rus irəliləyişini dayandıra bilmir. Buna görə də Zelenskinin ölkəsi ilə bağlı ikinci sülh sammiti üçün məkan axtardığı deyilir.

Ukrayna Prezidentinin ehtimal görüş yeri üçün Səudiyyə Ərəbistanı, Qətər, Türkiyə və İsveçrə ilə danışıqlar apardığı barədə məlumatlar var. Bundan əlavə, Belarus, Qazaxıstan variantları da gündəmə gəlir. Ehtimal danışıqların Bakıda olması da istisna deyil.

Bu danışıqlar harada baş tuta bilər? Azərbaycan variantı realdırmı?

Mövzu ilə bağlı  danışan politoloq Tofiq Abbasov deyib ki, bu danışıqların aparılacağı ərazi tərəflərin maraqlarına əsasən təyin ediləcək:

“Yəni hər iki tərəf – Kiyev və Moskva həmin ərazi ilə bağlı razılığa gəlməlidirlər. Belə hallarda hər tərəf öz variantını irəli sürür və qarşı tərəfin diqqətinə çatdırır. Həmin danışıqların aparılması üçün Bakı əlverişli yerdir. Çünki dəfələrlə ABŞ və Rusiya Federasiyasının ali rütbəli hərbi nümayəndələri dəfələrlə Bakıda görüşüblər.

Səfər çərçivəsində əvvəlcə Prezident İlham Əliyevlə görüşüb, sayğılarını bildirirlər, Azərbaycan və paytaxtının sabit, təhlükəsiz yer olduğunu ev sahibi kimi əlverişli imkanlar yaratdığını bildirirlər. Bu səbəbdən elə sözügedən məsələlərdə Bakını seçirlər. Azərbaycanın Rusiya və Ukrayna ilə çox taraz münasibətləri var. Nə Kiyev Bakının ruspərəst, nə də Moskva Azərbaycanın Ukraynapərəst olduğunu deyə bilər. Biz uzun illər işğal siyasəti ilə üzləşmiş dövlətik. Bunun necə üzücü proses olduğunu yaxşı bilirik”.

Politoloqun sözlərinə görə, Ukrayna xalqına humanitar yardımlar göndərməkdə davam edirik:

“Tərəfdaş kimi Ukraynanın da bizim qarşımızda öhdəlikləri var. Ona görə də Azərbaycan həmin danışıqların aparılmasına ev sahibliyi edə bilər. Rəsmi Bakının vasitəçilikdə çox böyük, müsbət təcrübəsi var.

Prezident İlham Əliyev vaxtilə Türkiyə və Rusiya arasında olan ziddiyyətlərin aradan qaldırılması üçün böyük səylər göstərdi. Buna başqa nümunələr də var.

Azərbaycan tərəflərə həm coğrafi baxımdan yaxındır, həm də vaxtilə bir dövlətin tərkibində olmuşuq”.

Xatırladaq ki, Beynəlxalq Cinayət Məhkəməsinin Roma Əsasnaməsini ratifikasiya edən ölkələr Rusiya Prezidenti Vladimir Putin haqqında həbs qərarı çıxardıb. Siyahıda İsveçrə, Böyük Britaniya, Gürcüstan və digər ölkələr də var. Eyni zamanda Ermənistan Konstitusiya Məhkəməsi Beynəlxalq Cinayət Məhkəməsi haqqında Roma Statutunda təsbit olunmuş öhdəlikləri konstitusiyaya uyğun hesab edib. Bu səbəbdən də Vladimir Putinin Volodimir Zelenski ilə görüşü Qərb ölkələrində, həmçinin qonşu Gürcüstanda, Ermənistanda baş tutmaya bilər./Globalinfo.az


Избранный
106
50
referans.az

10Источники