AZ

Durov Bakıda Putinlə görüşüb: Kreml niyə gizlədir?

“Telegram”-ın yaradıcısı Pavel Durov Azərbaycanda Rusiya prezidenti Vladimir Putinlə görüşüb.

Publika.az xəbər verir ki, bu iddianı Rusiya kəşfiyyatının sabiq əməkdaşı Sergey Jirnov səsləndirib.

O qeyd edib ki, bu cür nəticələrə Putinin mətbuat katibi Dmitri Peskov təkan verib və o, belə bir görüşün baş tutmasını inadla inkar edir.

“Peskov açıqlama verdi ki, Pavel Durov Azərbaycanda Putinlə görüşməyib, ona bunu təklif etməyiblər. Onun açıqlamalarının doğruluğuna şübhə edirəm”, - deyə keçmiş rus kəşfiyyatçısı qeyd edib.

Jirnov əmindir ki, bu cür bəyanatlar çox vaxt real hadisələri gizlədir. O, hesab edir ki, belə səviyyəli təkliflər o qədər də asan rədd edilmir: “Peskov “yox” deyirsə, bu, “hə” deməkdir”, - sabiq kəşfiyyatçısı əlavə edib.

Xatırladaq ki, “Telegram”-ın baş direktoru və təsisçisi avqustun 24-də Fransada saxlanılıb. O, terrorçuluq, fırıldaqçılıq və narkotik alveri də daxil olmaqla, messencerin işində çoxsaylı pozuntularda ittiham olunur.

Seçilən
96
50
publika.az

10Mənbələr