Yayın son günləri ilə əlaqədar Heydər Əliyev Mərkəzinin parkında “Yay Festivalı” adlı bağlanış konserti keçirilib.
Bizim.Media xəbər verir ki, konsertdə Xalq artisti Tünzalə Ağayeva dillər əzbəri olan "Xoş gəldin" mahnısını müğənni Nadir Rüstəmli ilə duet oxuyub.
Tünzalə duetdən məmnunluğunu bu sözlərlə ifadə edib: “Nadir Rüstəmli böyük səs diapazonuna malikdir. Bu mahnının öhdəsindən özünəməxsusluqla, məharətlə gəldi. Mən çox bəyəndim duetimizi və inanıram ki, mahnımın duet versiyası da çox seviləcək”.
Bizim.Media
- Ночной Режим
- Домашняя страница
- Статистика
- Источники
- Рейтинг
- Погода
- Валюта