Avropa İttifaqı (Aİ) “Telegram” ətrafında cərəyan edən vəziyyəti izləyir.
Bizim.Media xəbər verir ki, bu barədə Avropa Komissiyasının mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, Avropa Komissiyası Fransa hakimiyyəti ilə bu məsələnin araşdırılması istiqamətində əməkdaşlığa hazırdır.
Bildirilib ki, “Telegram” da digər onlayn platformalar kimi, Aİ qanunlarına, o cümlədən ittifaq ölkələrinin hakimiyyət orqanları ilə əməkdaşlıq etməyə borcludur.
Qeyd edək ki, daha əvvəl Avropa Komissiyası Pavel Durovun saxlanması ilə bağlı suallara cavab verməkdən imtina etmişdi Üstəlik, Aİ-də rəqəmsal xidmətlər haqqında qanunun qəbul edilməsi təşəbbüsü ilə çıxış edən, o cümlədən media məzmunlu platformalar üçün tələbləri sərtləşdirən də elə məhz Avropa Komissiyası olub.
Bizim.Media
- Ночной Режим
- Домашняя страница
- Статистика
- Источники
- Рейтинг
- Погода
- Валюта