AZ

“Dinamo”nun iki futbolçusu “Qarabağ”la oyunu buraxa bilər

Xorvatiyanın “Dinamo” klubunun iki futbolçusu Bakıda “Qarabağ”a qarşı keçirəcəkləri UEFA Çempionlar Liqasının pley-off mərhələsinin cavab oyununu buraxa bilər. 

Bizim.Media “Germanijak” nəşrinə istinadən xəbər verir ki, Zaqreb təmsilçisində Stefan Ristovski və Ariyan Ademinin zədə səbəbindən meydana çıxmamaq ehtimalı var. Ademi “Şibenik”ə qalib gəldikləri (3:0) çempionatın III turunun qarşılaşmasında sıradan çıxıb. 

O, bu səbəbdən Azərbaycan komandası ilə ilk görüşdə də iştirak etməmişdi. Ristovski isə məhz “köhlən atlar”la dueldə əzələsindən zədə alıb. Onun da Bakıdakı matçda oynaması sual altındadır. 

Avqustun 20-də Zaqrebdəki “Maksimir” stadionunda baş tutan “Dinamo” – “Qarabağ” matçı meydan sahiblərinin 3:0 hesablı qələbəsi ilə yekunlaşıb. Tərəflər arasında cavab görüşü avqustun 28-də reallaşacaq.

Bizim.Media

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
78
50
bizim.media

10Mənbələr