Qarabağ bölgəsində daha 1308.3 hektar ərazi minalardan təmizlənib
Azad olunan ərazilərdə avqustun 19-25-də 32 tank əleyhinə mina, 78 piyada əleyhinə mina, 839 partlamamış hərbi sursat (PHS) aşkarlanıb və zərərsizləşdirilib.
Reyting.az xəbər verir ki, bu barədə Azərbaycanın Minatəmizləmə Agentliyinin (ANAMA) azad edilmiş ərazilərdə həyata keçirilən humanitar minatəmizləmə əməliyyatları ilə bağlı həftəlik məlumatında deyilir.
Məlumata əsasən, 1308.3 hektar ərazi minalardan təmizlənib.