1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.
Azərbaycanı çəkicatma idman növü üzrə təmsil edən atlet Anna Skidan Polşanın Xojuv şəhərində Kamila Skolimovskayanın xatirəsinə həsr edilən turnirdə ölkəmizi uğurla təmsil edib.
Oxu.Az xəbər verir ki, bu barədə Azərbaycan Atletika Federasiyasının Mətbuat Xidməti məlumat yayıb.
Məlumatda qeyd olunub ki, idmançımız çəkicatma yarışında 71.82 metr nəticə göstərib.
Beləliklə, bu nəticə ilə A.Skidan mötəbər yarışda ikinci yeri tutub.