RU

“Telegram”ın təsisçisi Pavel Durovu rəfiqəsi satıb?

“Telegram”ın təsisçisi Pavel Durovun Fransada həbs edilməsi beynəlxalq aləmdə böyük rezonans doğurub. Bu məsdələ hazırda xarici medianın ən çox müzakirə etdiyi mövzulardandır.

Bu arada Moskvada Pavel Durovla Bakıya gələn Yuliya Vavilovanın Qərb kəşfiyyat xidmətləri tərəfindən ələ alına biləcəyi fərziyyəsini nəzərdən keçirirlər.

Modern.az xəbər verir ki, Rusiya Xarici İşlər Nazirliyindən Haqqin.az-a bildirilib ki, Moskva ofislərində Pavel Durovla fransız iş adamı arasında Parisdə görüşə vasitəçiliyi Yuliya Vavilovanın etməsinə dair şübhələr yaranıb. Hazırda bu versiya üzrə müvafiq araşdırma aparılır. İlkin məlumata görə, Vavilova Parislə sıx əlaqədə olub.

Bundan əvvəl “Baza” teleqram kanalı 24 yaşlı Yuliya Vavilovanın Parisdə “Telegram” messencerinin yaradıcısı Pavel Durovla birlikdə həbs edildiyini yazıb.

O da qeyd edilib ki, “avqustun 16-da Yuliya İnstagram hekayəsində Qazaxıstandan Azərbaycana uçduğunu elan edib. Qızın fonunda Embraer Legacy 600 təyyarəsi görünüb. O, Azərbaycandan da fotolar dərc edib”.

Sosial şəbəkələrə görə, Yuliya Dubayda yaşayır və tez-tez Pavel Durovun olduğu yerlərdə görünür. “Avqustun 25-nə keçən gecə Yuliya internetdə görünməyi dayandırıb. Yuliya özü özünü oyunçu, aparıcı, kripto-investor adlandırır və kriptovalyuta ilə bağlı ərəb kanalını idarə edir”, – “Baza” yazıb.

Prokurorluqdan TASS-a verilən məlumata görə, “Telegram”ın həbsdə olan təsisçisi Pavel Durovun işini təhvil verən Paris prokurorluğu bazar ertəsi, avqustun 26-da mətbuata açıqlama verməyi planlaşdırır.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
110
50
modern.az

10Источники